...

Kriştianu Ronaldu "Qızıl top"un sahibi oldu

Dünya xəbərləri Materials 2 Dekabr 2008 06:30 (UTC +04:00)
Kriştianu Ronaldu "Qızıl top"un sahibi oldu

İngiltərənin "Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Kriştianu Ronaldu "Qızıl top"un sahibi olub. Bu barədə Reyter agentliyi məlumat yayıb.

Fransanın France Football həftəliyi tərəfindən təsis edilmiş nüfuzlü mükafat hər il Avropanın ən yaxşı futbolçusuna təqdm edilir.

Kriştianu Ronaldu klubunun heyətində cari mövsümdə İngiltərə çempionatının və çempionlar Liqasının qalibi olub. Portəgizlinin əsas rəqibləri sırasında İspaniya "Barselona"sında çıxış edən argentinalı Lionel Messinin adı çəkilirdi. Ronaldudan əvvəl bu mükafata layiq görülən "Mançester Yunayted"in son üzvü Corc Best olub. O, 1968-ci ildə ən yaxşı futbolçu seçilib.

RİA "Novosti"nin bidirdiyinə görə, ötən il "Qızıl top"la braziliyalı Kaka ("Milan") təltif edilib.

Mükafat 1956-cı ildən etibarən təqdim olunur.

Xəbər lenti

Xəbər lenti