...

NATO - Gürcüstan komissiyasının iclası kommünikenin qəbuli ilə başa çatıb

Dünya xəbərləri Materials 3 Dekabr 2008 20:58 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 03 dekabr/ Trend , müxbir N.Kirtsxaliya/ Brüsseldə keçirilən NATO -Gürcüstan komissiyasının iclası birgə kommünikenin qəbul edilməsi ilə başa çatıb. Sənəddə ikigünlük məsləhətləşmələr nəticəsində nazirlər komissiyasında qəbul edilən qərarlar qeyd olunur. Kommünikenin 19-cu fəsli Gürcüstana həsr olunur. Burada, Gürcüstan - NATO komissiyasının işini canlandırması və Buxarest sammitinin qərarlarının yerinə yetirilməsində başlıca rol oynayacağı qeyd olunur.

Gürcüstanın xarici işlər naziri Eka Tkeşelaşvilinin sözlərinə görə, ÜFP-nin olacağı məsələsi həll edilməyib. "Çox məntiqi qərar qəbul edilib. Alyans, Gürcüstanın NATO - ya daxil olmasını tam dəstəkləyir, Buxerst qərarı tam olaraq qüvvədə qalır. Alyans hesab edir ki, Gürcüstana bu məqsədə çatmaqda kömək etmək üçün səylərini maksimal dərəcədə artıracaq. Mətndə bu məqsəd birbaşa olaraq üzvlük kimi xatırlanır", - Tkeşelaşvili bəyan edib. Bundan başqa, Alyans Gürcüstana rəsmi Tbilisinin tələb etdiyi və İllik Milli Fəaliyyət Proqramı çərçivəsində müəyyənləşdiriləcək konkret yardım üzrə öhdəlik götürür.

Xəbər lenti

Xəbər lenti