...

Qazaxıstan prezidenti TÜRKSOY-un Baş direktorunu təbrik edib

Dünya xəbərləri Materials 26 Dekabr 2008 10:54 (UTC +04:00)

Qazaxıstan, Astana, 26 dekabr/ Trend , müxbir K.Konırova/ Qazaxıstan prezidenti Nursultan Nazarbayev TÜRKSOY-un Baş direktor vəzifəsinə təyin edilməsi münasibəti ilə Dyusen Kaseinovu təbrik edib. Bu barədə dövlət başçısının mətbuat xidməti xəbər verir.

Dyusen Kaseinov türkdilli dövlətlərin beynəlxalq təşkilatına rəhbərlik edəcək ilk qazaxıstanlı olub.

"Nursultan Nazarbayev bildirib ki, bu, Qazaxıstanın türkdilli areal xalqları və dövlətləri arasında geniş qarşılıqlı əlaqələrin inkişafına verdiyi töhfənin və ölkəmizin dünyada rolunun artmasının nəticəsidir", - deyə Ak- Orda saytında yerləşdirilən məlumatda bildirilir.

Məlumatda bildirilir ki, dövlət başçısı təşkilatın fəaliyyət sahəsinin genişləndirilməsi və onun yüksək keyfiyyətdə yeni səviyyəyə qaldırılmasının zəruriliyini qeyd edib. Görüş zamanı Kaseinov Qazaxıstanın TÜRKSOY-a sədrlik etdiyi altı ay ərzində görülən işlər və Təşkilatın inkişaf perspektivləri barədə prezidentə məlumat verib.

TÜRKSOY-un yaradılması və fəaliyyət prinsipləri barədə saziş 1993-cü il iyulun 12-də Almatıda imzalanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti