...

İsrail Qəzzə Zolağına yeni zərbələr endirib, həlak olanlar var

Dünya xəbərləri Materials 30 Dekabr 2008 06:16 (UTC +04:00)
İsrail Qəzzə Zolağına yeni zərbələr endirib, həlak olanlar var

İsrail HHQ çərşənbə gününə keçən gecə Qəzzə Zolağına bir neçə zərbələr endirib. Nəticədə azı 10 nəfər fələstinli həlak olub, 40 yaralanıb, Frans Press informasiya agentliyi təcili tibbi yardım xidmətinin rəisi Müaviyyə Abu Xüseyynə istinadən xəbər yayır.

Şahidlərin verdiyi məlumata görə, aviazərbələr əsasən Qəzza şəhərində baş nazirin qərargahına, müdafiə nazirliyinə, daxili işlər nazirliyinə və İslam universitetinə qarşı yönəldilmişdir.

İsrailin 2 gün əvvəl başlamış raket zərbələri nəticəsində Qəzzədə ölənlərin sayı 345-ə, yaralananların sayı min altı yüz əlli nəfərə çatıb.

Xəbər lenti

Xəbər lenti