...

Birləşmiş Avropanın əsas məqsədi - Qəzza Zorlağında zorakılığa son qoymaqdır - Nikolya Sarkozi

Dünya xəbərləri Materials 5 Yanvar 2009 22:17 (UTC +04:00)
Birləşmiş Avropanın əsas məqsədi - Qəzza Zorlağında zorakılığa son qoymaqdır - Nikolya Sarkozi

Azərbaycan, Bakı, 5 yanvar / Trend / Birləşmiş Avropanın əsas məqsədi - Qəzza Zorlağında zorakılığa son qoymaqdır, bazarertəsi günü Ramallahda Fələstin milli administarsiyasının başçısı Maxmud Abbasla keçirdiyi görüşdən sonra mətbuat-konfransında Fransa prezidenti Nikolya Sarkozi deyib.

"Avropa Qəzza Zolağında ətəşkəsin bərqərar olmasında ciddi rol oynamalıdır. Ramallahda keçirilən danışıqlardan sonra mən dərhal İsrailə gedəcəyəm və orada İsrailin prezidentilə danşıqlar aparacağam və onu əməliyyatı dayandırmağa çağıracağam", prezident dedi.

Onun sözlərinə görə, İsrail güclü demokratik ölkədir, hansı ki, Qəzzanı ağır humanitar vəziyyatində qoymaz. "Müharibənin başlanmasında əsas rolu HƏMAs oynayıb. Bütün məsuliyyət HƏMAS-ın üzərinə düşür", prezident dedi. "Hamının danışıqlar masasına əyləşməsi zəruridir. Bütün dünya problemin həlli yollarını axtarmalıdır", dedi prezident.

Mahmud Abbas öz növbəsində Qəzza Zolağında əməliyyatın dərhal dayandırılmasını tələb edib. O, Qəzzada zərər çəkən insanlara yardım göstərən ölkələrə öz minnətdarlığını bildirib.

Xəbər lenti

Xəbər lenti