Ukrayna, Kiyev, 16 yanvar/ Trend , müxbir Z.Novsvitski/ Bu gün Kiyev vaxtı ilə saat 12:00 - da Ukrayna prezidenti Viktor Yuşşenko, Slovakiya prezidenti İvan Qaşparoviç, Moldovanın Baş naziri Vasile Tarlev və Polşanın xarici işlər naziri Radoslav Sikroskinin enerji təhlükəsizliyi məsələləri üzrə görüşəcəklər.
Bu barədə Ukrayna prezidentinin mətbuat xidməti məlumat verib.
Yuşşenko görüşdən əvvəl Slovakiyalı həmkarını qəbul edəcək.
Əvvəllər bildirilirdi ki, bu gün Kiyevdə enerji təhlükəsizliyi mövzusunda sammitdə iştirak üçün Şərqi Avropanın ölkələrindən beş prezident gözləyirlər.
Ukrayna prezidentinin mətbuat xidmətinin məlumatına görə, Polşanın və Litvanın başçıları Lex Kaçinski və Valdas Adamkus sammitdə iştiraklarını təsdiq ediblər.
Rusiya prezidenti Dmitri Medvedyev yanvarın 17 - də Moskvada Rusiyadan "mavi yanacaq" alan və ya tranzit dövlətlər olan ölkələrin dövlət və hökuimət başçılarının iştirakı ilə digər qaz sammiti çağırır. Lakin onun baş tutub - tutmayacağı hələ məlum deyil, -"Azadlıq" radiosu xəbər verir.
Ukrayna prezidenti və Baş naziri bəyan edirdilər ki, belə sammit, Rusiyadan fərqli olaraq, hazırki qaz münaqişəsi tərəflərindən olmayan Avropa ölkələrindən birində keçirilməlidir. Yuşşenkonun sözlərinə görə, o, sammitə yalnız bu şərtlə gələcək.
Avropa Komissiyası Kiyevin belə mövqeyini dəstəkləyib. Yekunda Aİ qərara gəlib ki, Moskvada keçiriləcək sammitdə Ukrayna iştirak edərsə, Aİ - ni ayrı - ayrı ölkələr deyil, hazırda Aİ-yə sədrlik edən ölkə kimi, Çexiyadan olan nazirlər və Avropa Komissiyasından Avrokomissar səviyyəsində nisbətən aşağı səviyyəli vahid nümayəndə heyəti təmsil edəcək.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]