Ehud Olmert bazar günü bildirib ki, İsrail Qəzza Zolağından mümkün olduqca tez bir vaxtda qoşunlarını çıxartmaq istəyir, RİA Novosti Associated Press agentliyinə istinadən məlumat verir.
"Biz Qəzza Zolağında qalmaq niyyətində deyilik, biz mümkün olduqca tez bir vaxtda getmək istəyirik", Olmert deyib və əlavə edib ki, İsrail XƏMASla yeni sülhün daimi olmasında əmin olmaq istəyir.
Bu bəyanatı İsrail baş naziri Avropa dövlətləri liderləri ilə görüşündən və Qəzza üzrə beynəlxalq sammitindən Qüdsdə verilən şam yeməyi zamanı bildirib.
Şənbə günü İsrail Qəzzada hərbi əməliyyatları birtərəfli qaydada dayandırmaq qərarına gəlib. Qəzzada keçirilən əməliyyat zamanı 1300 fələstinli və 13 İsrail hərbiçisi həlak olub. HƏMAS və digər fələstin təşkilatları İsrailə Qəzzadan ordusunu çıxarmağa bir həftə vaxt veriblər.