...

Aİ və İsrail arasında görüş keçiriləcək

Dünya xəbərləri Materials 23 Yanvar 2009 03:13 (UTC +04:00)

Belçika, Brüssel, 23 yanvar / Trend müxb. A.Məhərrəmli/ Brüsseldə Avropa Birliyi ilə İsrail arasında xarici işlər nazirləri səviyyəsində qeyri-rəsmi görüş keçiriləcək. Bu barədə Praqa radiosu məlumat yayıb.  Təşəbbüslə çümə axşamı Aİ-yə sədrlik edən Çexiya  çıxış edib. Məlumatda bildirilir ki, Çexiya quruma üzv dövlətlərin xarici siyasət idarələri rəhbərlərini və ya Avropa İşləri üzrə nazirlərini İsrailin Xarici İşlər naziri Tsipi Livni ilə qeyri-rəsmi görüşə dəvət edib. Aİ-yə daxil 27 ölkənin, eləcə də Misir, İordaniya və Türkiyə Xarici İşlər nazirlərinin də iştirak edəcəyi görüş yanvarın 25-də keçiriləcək.

Görüşün əsas məqsədi Yaxın Şərq münaqişəsinin həllinə aparacaq səylərin uzlaşdırılması və Qəzzə zolağında yerləşən insanlara humanitar yardımın çatdırılması məsələlərinin müzakirəsidir.

Çexiyanın Xarici İşlər naziri Karel Şvartsenberg  bildirib ki,  humanitar yardımın ötürülməsi və keçidlərin açılması üçün İsraillə əməkdaşlığa ehtiyac var.

Xəbər lenti

Xəbər lenti