...

Ankara-Yerevan danışıqlarına üçüncü tərəfin müdaxilə etməsinə ehtiyac yoxdur - Türkiyənin xarici işlər naziri

Dünya xəbərləri Materials 10 Fevral 2009 12:51 (UTC +04:00)
Ankara-Yerevan danışıqlarına üçüncü tərəfin müdaxilə etməsinə ehtiyac yoxdur - Türkiyənin xarici işlər naziri

Türkiyənin xarici işlər naziri Əli Babacan Ankara-Yerevan danışıqlarına üçüncü tərəfin müdaxilə etməsinin danışıqlar prosesinə mənfi təsir göstərəcəyini bildirib. Bu barədə Türkiyənin "World bulletin" informasiya agentliyi məlumat verib.
"İki dövlət arasında ciddi danışıqların aparıldığı bir vaxtda hər hansı bir tərəfin bu prosesə müdaxilə etməsi danışıqlara mənfi təsir göstərəcək ", - deyə Babacan bildirib.
1915-ci il hadisələrinin başqa ölkələr tərəfindən gündəmə gətirilməsinə də toxunan Babacan bildirib ki, Ermənistanla belə ciddi danışıqlar getdiyi bir vaxtda hər kəs danışıqlar prosesinə zərər verə biləcək bütün hərəkətlərdən çəkinməlidir.

Xəbər lenti

Xəbər lenti