...

Türkiyə universiteti erməni dili və ədəbiyyatının tədrisi şöbəsinin açılması üçün icazə alıb

Dünya xəbərləri Materials 16 Fevral 2009 14:57 (UTC +04:00)

Kayseri əyalətində Ərciyəz Universiteti erməni dili və ədəbiyyatının tədrisi ilə bağlı şöbə açmaq üçün icazə alıb. Yerli KİV-in bu gün verdiyi xəbərə görə, müvafiq göstərişi ali təhsil müəssisəsinin rəhbərliyi Türkiyə Ali Təhsil Şurasından (TATŞ) alıb.

Ərciyəz Universitetinin rektor müavini Metin Xüləgünün sözlərinə görə, iki aydan sonra şöbə üçün müvafiq müəllimlər tapılarsa, 2009-2010-cu təhsil ili üçün tələbə qəbulu başlanacaq. Belə ki, erməni dili və ədəbiyyatı sahəsində bacarıqlı mütəxəssislərin axtarışı əsas və çox çətin həll olunan problemdir", - İTAR-TASS yazır.

Ötən il TATŞ Nevşehir Universitetinə oxşar şöbə açmaq barədə icazə versə də, müəllimlərin olmaması üzündən fakültə indiyə qədər fəaliyyət göstərmir. Ali təhsil müəssisəsinin rektoru Filiz Kılıcın sözlərinə görə, "Bu məsələ ilə bağlı Türkiyənin akademik məkanındakı axtarışlar nəticə verməyib. Tələbə qəbulu üçün ən azı 3 müəllim lazımdır".

Erməni dili üzrə mütəxəssislərin hazırlanması Ermənistanla münasibətləri yaxşılaşdırmaq, eləcə də tarixi sənədlərin öyərnilməsi baxımından Türkiyə üçün vacibdir.

Xəbər lenti

Xəbər lenti