Yerin peyk görüntülərini yayan Google Earth internet saytında Türkiyənin coğrafi adları erməniləşdirilib. Bu barədə Türkiyənin "Star" qəzeti məlumat verib.
Internet saytında Türkiyənin şərqində yerləşən Ağrı dağının adı ermənilərin iddiasına uyğun olaraq, "Ararat" kimi verilib.
Ermənilər Ağrı dağının tarixi Ermənistan torpaqlarına daxil olduğunu iddia edirlər.