...

İsrail fələstinlilərin beynəlxalq hüquqlarına riayət etməlidir - Ərəb Ölkələri Liqasının başçısı

Dünya xəbərləri Materials 2 Mart 2009 14:57 (UTC +04:00)
İsrail fələstinlilərin beynəlxalq hüquqlarına riayət etməlidir - Ərəb Ölkələri Liqasının başçısı

"İsrail işğala məruz qalmış fələstin xalqının hüquqlarını tanımalı, Qərb sahili və Qəzza Zolağında beynəlxalq sənədlərə əsasən fəaliyyət göstərməlidir",  - Ərəb Ölkələri Liqasının (ƏÖL) başçısı Əmr Musa bazar ertəsi Şarm-əş-Şeyxdə İsrail hücumu nəticəsində zərərçəkmiş Qəzza Zolağının bərpasına həsr olunmuş konfransda çıxış edərkən deyib.

"İsrail hücumu nəticəsində 1300 fələstinli dünyasını dəyişib, 5500-dən çox nəfər yaralanıb", - ərəb telekanalı "Əl-Ərəbiyyə" məlumat verib.

"İsrailin işğalçılıq siyasəti Fələstin xalqını müqavimət göstərməyə məcbur edir ki, bu da regionda terrorun rolunu artırır", - Musa deyib.

Onun sözlərinə görə, işğal olunmuş xalqın hüquqları üzrə bütün Cenevrə konvensiyalarına riayət edilməlidir. "Regionun iqtisadi durumunun yaxşılaşdırılması üçün Qəzza Zolağı və Qərb sahilindəki bütün NBM-lərin açılması vacibdir", - Musa bildirib.

İsrail-Fələstin münaqişəsinin həll olunmasına gəlincə, Musanın sözlərinə görə, ƏÖL İsrailin 1967-ci ilə qədər mövcud olan Fələstin ərazilərinin qaytarılması və fələstinli qaçqınların vətənə qayıtmasına imkan yaradılması üzrə ərəb təşəbbüsü mövqeyini dəstəkləyir.

Konfransda həmçinin Aİ və ərəb ölkələrinin Baş nazirləri, BMT-nin Baş katibi Pan Gi Mun, ABŞ-ın dövlət katibi Hillari Klinton və Yaxın Şərq dördlüyünün (Aİ, ABŞ, BMT və Rusiya) nümayəndələri iştirak ediblər.

Hillari Klintonun ABŞ-ın Qəzzanın bərpasına - 300 milyon dllar, FM-nə 600 milyon dollar yardım göstərməsi haqda bəyanat verəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti