...

Türkiyə Azərbaycanın maraqlarına zidd siyasət yeritməyəcək - Türkiyənin Baş naziri

Dünya xəbərləri Materials 5 Mart 2009 12:05 (UTC +04:00)
Türkiyə Azərbaycanın maraqlarına zidd siyasət yeritməyəcək - Türkiyənin Baş naziri

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan kanal "24"ə verdiyi müsahibəsində Ankaranın heç vaxt Azərbaycanın maraqlarına zidd siyasət yürütməyəcəyini bildirib. Bu haqda Türkiyənin Azərbaycandakı sərfiliyindən Trend -a daxil olan məlumatda bildirilir.

"Bu vaxta qədər Azərbaycanın maraqlarının əksinə olaraq siyasət yürütmədik və bundan sonra da qardaş ölkənin maraqlarına zidd siyasi kurs tutmayacağıq", - deyə Baş nazir bildirib.

Trend -un arayışı: Ermənistan-Türkiyə əlaqələri 1993 - cü ildən kəsilib. Səbəb-Ermənistanın beynəlxalq aləmdə qondarma erməni soyqırımı iddiaları ilə Türkiyəyə qarşı kampaniya aparması və Azərbaycanın 20 faiz ərazisini işğal etməsi olub.

Azərbaycan və Türkiyə arasında  ticarət  dövriyyəsi  2008-ci  1433.5 million  ABŞ dolları  həcmində olub

Məqalə müəllifi ilə əlaqə : [email protected]

Xəbər lenti

Xəbər lenti