...

ŞƏT üzv ölkələri 2010-2012-ci illər arasında terrorizmlə mübarizədə əməkdaşlıq proqramını qəbul edib

Dünya xəbərləri Materials 27 Mart 2009 16:08 (UTC +04:00)

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Regional Anti-terror Strukturu Şurası (RASŞ) 2010-2012-ci illər arasında terrorizmlə mübarizədə əməkdaşlıq proqramı və terrorizmlə mübarizə üzrə qətnamə layihəsini qəbul edib", - ИТАР-ТАСС xəbər verir.

"İclasın gedişində biz ŞƏT üzv ölkələrinin 2010-2012-ci illər ərzində terrorizm, ekstremizm və separatçılıqla mübarizə üzrə əməkdaşlıq proqramını qəbul etdik. Həmçinin terrorizmlə mübarizə üzrə qətnamə layihəsinin mətni də müzakirə və qəbul edilib", - bu gün jurnalistlərə Rusiya FTŞ-nin direktorunun birinci müavini Sergey Smirnov, Daşkənddə keçirilmiş ŞƏT RASŞ-ın 14-cü iclasının yekunları haqda fikir bildirərkən deyib. İclasda Qazaxıstan, Çin, Rusiya, Tacikistan, Qırğızıstan və Özbəkistandan olan nümayəndələr iştirak edib.

Smirnov qeyd edib ki, terrorizmlə mübarizə üzrə qətnamə layihəsi dövlətdaxili razılaşdırma prosedurlarını keçəndən sonra ŞƏT üzv ölkələrinə, onların növbəti görüşü üçün yönəldiləcək.

Xəbər lenti

Xəbər lenti