...

İran Parlamentinin nümayəndələri Efiopiyaya səfər edib

Dünya xəbərləri Materials 4 Aprel 2009 12:13 (UTC +04:00)

İran Parlamentinin nümayəndə heyəti Efiopiyada (Həbəşistan) keçirilən Beynəlxalq Parlamentlərarası Birlik (Inter-Parliamentary Union (IPU)) təşkilatının 120-ci iclasında iştirak etmək məqsədilə bu ölkəyə səfər edib. Bu barədə İranın İRNA agentliyi məlumat yayıb.

IPU-nun iclası aprelin 5-dən 10-dək Efiopiya paytaxtı Əddis-Əbabada keçiriləcək. İclasda dünyanın siyasi, iqtisadi və ictimai məsələləri, parlamentlərin sülhün təmin olunmasında rolu, böhran zamanı inkişaf və demokratiya və digər məsələlər müzakirə olunacaq. İclasda dünyanın 125 ölkəsindən parlament nümayəndə heyətləri iştirak edəcək.

IPU qeyri hökumət təşkilatıdır. Birliyə 147 ölkə üzvdür. Birliyin daimi ofisi Cenevrədə yerləşir.

Xəbər lenti

Xəbər lenti