...

Beynəlxalq birlik beynəlxalq qaydalara riayət etməyən rejimə qarşı sanksiyalar tətbiq etməlidir - Nikolya Sarkozi

Dünya xəbərləri Materials 5 Aprel 2009 17:31 (UTC +04:00)

Fransa, Strasburq, 5 aprel / Trend , müxbir A. Məhərrəmli/ Beynəlxalq birlik heç bir  beynəlxalq qaydalara riayət etməyən rejimə qarşı sanksiyalar tətbiq etməlidir. Bu fikirləri Fransa prezidenti Nikolya Sarkozi bazar günü Fransanın TF1 televiziya kanalına müsahibəsində Şimali Koreyanın fəzaya raket buraxmasına dair Avropa ölkələrinin mövqeyinə  münasibət bildirərkən deyib.
"Şimali Koreya məsələsinə dair yalnız bir cavab var. Bu, Şimali Koreya rejiminin provokasiyasıdır. Bu, özünü beynəlxalq qanun və qaydalardan kənar tutan bir rejimdir. ABŞ prezidenti də haqlı olaraq bunu pisləyib. Mən də bu təxtibatı qətiyyətlə pisləyirəm"- deyə Sarkozi qeyd edib.
Sarkozi əlavə edib ki, onun Şimali Koreyaya dair mövqeyi İrana qarşı mövqeyi ilə eynidir. "Nə qədər ki, bu rejimlər hərbi nüvə sahəsində aqressiv münasibət göstərməkdən çəkinməyəcəklər,  beynəlxalq ictimaiyyət birlikdə onları təcrid edərək ciddi sanksiyalar tətbiq etməlidir" - deyə o vurğulayıb. 

Xəbər lenti

Xəbər lenti