...

İran xalqının dözümlülüyü ABŞ-ı dəyişiklik etməyə məcbur edəcək – İran rəsmisi

Dünya xəbərləri Materials 6 Aprel 2009 16:17 (UTC +04:00)

"İran xalqının dözümlülüyü ABŞ təhlükəsinin qarşısında davam edərsə, bu ölkənin başçıları İrana qarşı dəyişiklik etməyə məcbur olacaqlar" - İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) baş komandirinin müavini bildirib. Bu barədə İSNA agentliyi məlumat yayıb.

"İran xalqı dildə dəyişiklik istəmir, ABŞ dövləti dəyişikliyi mahiyyətdə və əməldə etməlidir. Əgər İran xalqı ötən illərdə olduğu kimi dözümlülük nümayiş etdirsə, ABŞ həqiqi dəyişiklik etməyə məcbur olacaq", - deyə İranın Sepahın baş komandirinin müavini və Bəsic (könüllülər) qüvvələrinin komandiri Hüseyn Taib bazar ertəsi bildirib.

Onun sözlərinə görə, əgər ABŞ daxili və beynəlxalq məsələlərdə tez bir zamanda dəyişiklik etməzsə, ictimai, siyasi, təhlükəsizlik və iqtisadi problemlərinə görə parçalanacaq. 

Taib əlavə edib ki, cəmiyyətin hədsiz artması, ABŞ ictimaiyyətində tərkibin dəyişməsi, əxlaqsızlığın artması bu problemin əsasını təşkil edir.

Onun sözlərinə görə, amerikalılar 100 və 200 milyon nəfərə çatdıqları üçün keçmişdə bayram şənliyi keçirirdi, lakin bu gün ekspertlər ABŞ-da cəmiyyətin artmasını ölkənin əsas problemlərindən biri olduğunu bildirirlər.  

Xəbər lenti

Xəbər lenti