...

İran prezidenti seçkilərdə iştirakla bağlı hələlik qərarını elan etmək istəmir

Dünya xəbərləri Materials 6 Aprel 2009 23:20 (UTC +04:00)
İran prezidenti seçkilərdə iştirakla bağlı hələlik qərarını elan etmək istəmir

Qazaxıstan, Astana 6 aprel / Trend müxbir K.Arınova/

İran prezidenti hesab edir ki, ölkə liderinin seçimi iran xalqına məxsusdur.

İranda yeni prezident seçkilərinə iki ay qalıb, bu barədə Astanada olarkən keçirdiyi mətbuat konfransında İranın hal-hazırki prezindenti Mahmud Əhmədinejat deyib.

Jurnalistin "prezident seçkilərində namizədliyini irəli sürmək fikriniz varmı?", sualına, Mahmud Əhmədinejat cavab əvəzinə jurnalistin öz fikrini soruşdu: "Siz necə düşünürsünüz, namizədliyimi irəli sürməyə dəyərmi?".

Jurnalist cavabında bunu iran xalqı həll etməlidir, deyə bildirib.

Buna qarşılıqlı olaraq Əhmədinejat cavab verib: "Mən sizinlə razıyam. Lakin bizim irəlidə hələ bir ay vaxtımız var və bu məsələni həll etmək zamanımız var".

Xəbər lenti

Xəbər lenti