...

"Gürcüstan naminə Alyans" tərəfdarlarının səfərbərliyinə başlayıb

Dünya xəbərləri Materials 23 Aprel 2009 20:34 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 23 aprel / Trend , müxbir N.Kirtsxaliya /

Bu gündən etibarən "Gürcüstan naminə Alyans"ın liderləri ölkənin müxtəlif regionlarına səfər edərək mütəşəkkil nümayişçi kütlələrlə Tbilisiyə dönəcəklər.

Aprelin 24-ü saat 18:00-da kütlə Tbilisiyə daxil olaraq etiraz aksiyasına qoşulacaq. Alyans tərəfdarları etiraz məqsədi ilə quraşdırılmış "həbsxana kameraları"na bölüşdürüləcək.  

Sameqrelodan gələn nümayişçilər dəstəsinə İrakli Alasaniya, David Qamkrelidze və Tina Xidaşeli başçılıq edəcəklər. Acariyadan olan dəstəyə David Berdzenişvili ilə Pikriya Çixradze, İmeretidən olan nümayişçilərə isə David Usupaşvili, David Saqanelidze və İrakli İaşvili rəhbərlik edəcəklər.

Şia Kartlidən olan nümayişçi dəstəsinə Manana Naçkebiya və Paata Zakareişvili başçılıq edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti