...

"Donuz qripi" virusuna qarşı vaksin il yarımdan sonra hazırlana bilər – ekspert

Dünya xəbərləri Materials 28 Aprel 2009 16:00 (UTC +04:00)
"Donuz qripi" virusuna qarşı vaksin il yarımdan sonra hazırlana bilər – ekspert

"Meksikada təqribən 150 nəfərin həyatına son qoyan "donuz qripi" virusuna qarşı vaksin il yarımdan tez hazırlana bilməz", - Virusologiya İnstitutunun direktoru Dmitri Lvov deyib.

Ümumdünya Səhiyyə Təşkilatı altı ballıq şkala üzrə "donuz qripi" pandemiyasının təhlükə dərəcəsini 3 baldan 4 bala qaldırıb. Bu о deməkdir ki, virus insandan insana ötürülmək qabiliyyətini üzə çıxarıb və ən azı bir ölkədə geniş miqyasda yayılıb. Aprelin 28-i səhər saatlarına olan məlumata əsasən, virusdan Meksikada 149 insan ölüb və 1,5 mindən artığı xəstəxanalara yerləşdirilib. ABŞ-da 48, Kanadada 6 insan "donuz qripi"nə yoluxub. Avropada dünən "donuz qripi" iki Şotlandiya və bir İspaniya vətəndaşında qeydə alınıb.

"Donuz qripinə qarşı vaksin ən yaxşı halda il yarımdan sonra hazırlana bilər", - Lvov RİA Novosti-də mətbuat konfransı zamanı qeyd edib. O, əlavə edib ki, rəhbərlik etdiyi Virusologiya İnstitutu sözügedən vaksinin hazırlanması ilə məşğul deyil.

Xəbər lenti

Xəbər lenti