...

Türkiyə ilə Azərbaycanın arasını vurmağa çalışan qüvvələr var – Türkiyənin Baş naziri

Dünya xəbərləri Materials 30 Aprel 2009 17:29 (UTC +04:00)
Türkiyə ilə Azərbaycanın arasını vurmağa çalışan qüvvələr var – Türkiyənin Baş naziri

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan keçirdiyi mətbuat konfransında Türkiyə ilə Azərbaycanın arasını vurmağa çalışan qüvvələrin olduğunu bildirib. Bu barədə Türkiyənin CİHAN informasiya agentliyi məlumat verib.

"Türkiyə ilə Azərbaycanın arasını pozmağa çalışan qüvvələrin olduğuna baxmayaraq iki ölkənin arasını vurmaq mümkün deyil ", - o bildirib. Ərdoğan onu da bildirib ki, ölkəsi regionda stabilliyin tərəfdarıdır.

"Türkiyə regionda sülhün tərəfdarıdır. Heç kimin buna şübhəsi olmasın", - Ərdoğan qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti