Türkiyə Prezidenti Abdulla Gül bu gün Suriyaya səfəri öncəsi keçirdiyi mətbuat konfransında Türkiyənin əsas məqsədinin qonşu ölkələrlə yaxşı əlaqələrin qurulması olduğunu bildirib. Bu barədə Türkiyənin CNN Türk tekelanalı məlumat verib.
"Əsas məqsədimiz Türkiyəyə qonşu olan bütün ölkələrlə yaxşı münasibət qurmaqdır", - Gül bildirib.
Türkiyə Prezidenti onu da qeyd edib ki, qonşu dövlətlərə yaxşı münasibətlərin olması regionda sülh və stabillik üçün çox vacib məsələdir.