...

Türkiyədə əcnəbi vətəndaşın "donuz qripi"nə tutulması rəsmən təsdiq edilib – Türkiyənin səhiyyə naziri

Dünya xəbərləri Materials 16 May 2009 12:42 (UTC +04:00)

Türkiyənin səhiyyə naziri Rəcəb Akdağ Türkiyəyə gələn amerikalı turistin "donuz qripi"nə tutulduğunu rəsmən təsdiq edib. Bu barədə Türkiyənin CNN Türk telekanalı məlumat verib.

"ABŞ-dan Türkiyəyə gələn turistin "donuz qripi"nə tutulması rəsmən təsdiq edilib", - Türkiyənin səhiyyə naziri Akdağ bildirib. Səhiyyə naziri onu da qeyd edib ki, ABŞ vətəndaşının təyyarədə ünsiyyətdə olduğu şəxslər də nəzarətə götürülüb.

Dünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, bu vaxta qədər A/H1N1 virusuna dünyanın 34 ölkəsində rast gəlinib. Virusa yoluxanların sayı 7,52 min, ölənlərin sayı isə 66 nəfərdir.

Xəbər lenti

Xəbər lenti