...

İran "Siccil-2" raketinin genişmiqyaslı istehsalına başlayıb

Dünya xəbərləri Materials 21 May 2009 11:56 (UTC +04:00)
İran "Siccil-2" raketinin genişmiqyaslı istehsalına başlayıb

"İran "Siccil-2" raketinin genişmiqyaslı istehsalına başlayıb", - deyə İranın müdafiə naziri Mustafa Nəccar bildirib.

Mehr agentliyinin mayın 21-də verdiyi məlumata əsasən, Nəccar bildirib ki, mayın 20-də Semnan şəhərində keçirilən sınaq zamanı ölkədə istehsal olunmuş yeni ballistik "Siccil-2" raketi uğurla nəzərdə tutulan hədəfi nişan alıb və bugündən etibarən bu raketin genişmiqyaslı istehsalına başlanılıb.

"Siccil-2" raketi 2000 km məsafəni hədəfə almaq keyfiyyətinə malikdir", - deyə Nəccar bildirib.

ABŞ-ın müdafiə naziri Robert Geyts mayın 20-də bu sınaqla bağlı verdiyi bəyanatda bildirib ki, "Siccil-2" raketinin texnologiyasının yeni olduğuna şübhə edirəm. BBC-nin verdiyi məlumata əsasən, Geyts bildirib ki, çox ehtimal ki, "Siccil-2" 2000-2500 km məsafəni hədəfə ala bilər.

İranın yeni raketi sınaqdan keçirməsinə reaksiya olaraq İtaliyanın xarici işlər naziri İrana səfərini dərhal dayandırıb.

Xəbər lenti

Xəbər lenti