...

İranda bu gün ölkənin sabiq lideri Xomeyninin vəfatının 20-ci ildönümü qeyd olunur

Dünya xəbərləri Materials 4 İyun 2009 10:30 (UTC +04:00)

İranda bu gün (cümə axşamı) bu ölkənin sabiq rəhbəri İmam Xomeyninin vəfatının 20-ci ildönümü qeyd olunur. Bu barədə MEHR xəbər agentliyi məlumat yayıb.

Bu məqsədlə bu gün səhər yerli vaxtla 9-dan İmam Xomeyninin məzarı ətrafında milyonlarla insan toplaşıb. Mərasimda İranın yüksək vəzifəli şəxsləri, diplomatik korpusların rəhbərləri, şəhidlərin ailələri və digər ölkələrdən qonaqlar iştirak edir.

Xomeyni 1979-cu ildə inqilab edərək İranda şah rejiminin yıxılmasına nail olub. Hər il onun vəfatının ildönümü mərasimində bir çox müsəlman ölkələrindən çox sayda qonaqlar iştirak edir. Bu il iyunun 4-də İmam Xomeyninin ölümünün 20-ci ildönümü münasibətilə keçirilən mərasimlərdə dünyanın 47 ölkəsindən 900 nəfərə yaxın qonaq iştirak edir.  

Xəbər lenti

Xəbər lenti