...

İranda keçirilən seçkilərdə seçicilərin 85%-i iştirak edib - Nəzarət Şurasının mətbuat katibi (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 13 İyun 2009 15:05 (UTC +04:00)

"Nəzarət Şurasının mətbuat katibi Abbasəli Kədxudayinin sözlərinə görə, son məlumatlara görə, seçkilərdə seçicilərin 85 faizi iştirak edib", - İranın IRINN telekanalı xəbər verir.

Onun sözlərinə görə, ilkin proqnozlara görə, seçkilərdə seçicilərin 70 faizinin iştirakı gözlənilirdi. Ancaq səhər bu rəqəm 82 faizi ötüb. 

O həmçinin əlavə edib ki, seçkilər zamanı səsvermə prosesinin nadir hallarda pozulması faktları qeydə alınıb. "Bu seçkilərdə ölkədən xaricdə yaşayan İran vətəndaşlarının fəal iştirakı qeydə alınıb: bu dəfə qeydə alınan rəqəm ötən seçkilərdəkindən üç dəfə çox olub", - Kədxudayi bildirib.   

Onun sözlərinə görə, 2005-ci ildəki prezident seçkiləri ilə müqayisədə Tehranda seçkilərdə iştirak edən seçicilərin sayı 50 faiz, başqa şəhərlərdə 20 faiz artıb.

Xəbər lenti

Xəbər lenti