...

İsrail rəhbəri ilk dəfə olaraq Avropaya səfər edib

Dünya xəbərləri Materials 23 İyun 2009 17:37 (UTC +04:00)

İsrailin Baş naziri Benyamin Netanyahu Avropa İttifaqının Yaxın Şərqdə sülhün təmin edilməsində aktiv iştirakçıları Fransa və İtaliyaya ilk dəfə olaraq rəsmi səfər edəcək. Bu barədə İsrail qəzeti "Jerusalem Post" məlumat verib.

Netanyahunun ilk dayanacağının Romada olması planlaşdırılır, belə ki, İsrailin Baş naziri italiyalı həmkarı Silvio Berluskoni ilə danışıqlar aparacaq. Sonra isə Netanyahu Fransa Prezidenti Nikolya Sarkozi ilə danışıqlar aparmaq üçün Parisə gedəcək. Fransa paytaxtında o, həmçinin ABŞ-ın Yaxın-Şərq üzrə xüsusi nümayəndəsi Corc Mitçel ilə görüşəcək. Paris və Romada görüşlər zamanı əsas müzakirə obyekti Fələstin-İsrail sülh prosesi, İranda vəziyyət və İsrailin Avropa İttifaqı ilə münasibətləri olacaq.

Netanyahu il ərzində 6 milyard dollar təşkil edən İran və İtaliyanın ticarət dövriyyəsinin məhdudlaşdırılması barədə Berluskoni ilə danışmaq niyyətindədir. İsrail rəhbəri 12 iyun prezident seçkilərindən sonra keçirilən kütləvi aksiyalarla bağlı öz mövqeyini bildirəcək, o cümlədən İsrail dövləti ilə birlikdə mövcud olacaq silahsızlaşdırılmış Fələstin dövlətinin yaradılması barədə planını təqdim edəcək.

Fransa və İtaliya Netanyahunun Bar-İlan Universitetində etdiyi çıxışı tənqid edərək bildiriblər ki, fələstinlilər silahsızlaşdırılmış ölkənin yaradılmasına razı olmayacaqlar.

Öz çıxışında Netanyahu İsrailin silahsızlaşdırılmış dövlətin beynəlxaq səviyyədə tanınmasında israr edəcəyini bəyan edib. O, Roma və Parisdə fələstinlilərlə danışıqlarda İsrail siyasətinin təfsilatlarını müzakirə edəcək.

Xəbər lenti

Xəbər lenti