...

İranda radardan yayına bilən təyyarənin sınaq uçuşları həyata keçirib

Dünya xəbərləri Materials 24 İyun 2009 15:46 (UTC +04:00)
İranda radardan yayına bilən təyyarənin sınaq uçuşları həyata keçirib

İran Hərbi Hava Qüvvələrinin (HHQ) komandiri bildirib ki, İranda radardan yayına bilən təyyarənin sınaq uçuşları həyata keçirilib və "QASİD" tipli raketlər test edilib. Bu barədə MEHR xəbər agentliyi məlumat verib.

"Hərbi təlimlər zamanı "Qasid 1" və "Qasid 2" tipli uçan raketlər müvəffəqiyyətlə test olunub. "Qasid" tipli uçan raketlər (bombalar) yerli mütəxəssislər tərəfindən hazırlanıb", - deyə İran Hərbi Hava Qüvvələrinin komandiri Həsən Şahsəfi çərşənbə günü şərti "Milade Nure Velayət" adı altında ("Vilayət günəşinin doğması") Fars və Oman körfəzində keçirilən təlimlərin sonunda jurnalistlərə bildirib.

Şahsəfi əlavə edib ki, "Qasid 1" və "Qasid 2" tipli raketlər pilotun nəzarəti olmadan hədəfi məhvetmə qabiliyyətinə malikdir.

O bildirib ki, həmçinin Tehranda radardan yayına bilən təyyarənin sınaq uçuşları həyata keçirilib. "Radardan yayına bilən təyyarənin funksiyası hədəfi yaxından və uzaqdan aşkarlamaq, radara düşməmək və ehtiyac olarsa hədəfi məhv etməkdir", - deyə Şahsəfi bildirib.

İran HHQ-nin bölmələri bazar ertəsindən etibarən dörd gün müddətində hərbi təlimlərə başlayıb. Təlimlər Fars və Omman körfəzi üzərində üç mərhələdə həyata keçirilib.

Təlimlər zamanı pilotlar tərəfindən 3600 kilometr uçuş həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti