...

ABŞ-ın Baş Qərargah rəisi iraqlıları Kərkükün taleyini həll etməyə çağırır

Dünya xəbərləri Materials 14 İyul 2009 17:03 (UTC +04:00)
ABŞ-ın Baş Qərargah rəisi iraqlıları Kərkükün taleyini həll etməyə çağırır

ABŞ-ın Baş Qərargah rəisi admiral Maykl Molen 2011-ci ilədək - ölkədən Birləşmiş Ştatlar qoşunları tam çıxanadək İraqın birləşmiş təhlükəsizlik qüvvələrini Kərkükün taleyini həll etməyə çacırıb. Bu barədə VVS Russian saytı xəbər verib. Molen bazar ertəsi gözlənilmədən İraqa səfər edib. O, ABŞ ordusunun, kürd, türkman və xristian icmalarının nümayəndələri ilə iclas keçirib. Bu barədə Frans Press agentliyi məlumat yayıb.

İraqın əsas neft yataqlarından olan Kərkük hökumətlə kürd əhali arasında mübahisə predmetidir. Kürdlər Kərkükü regional kürd hökumətinin paytaxtı elan etmək niyyətindədirlər və şəhər əhalisinin çoxluğunu təşkil edən ərəb və türkmanlar bunun qəti əleyhinədirlər. Molenin sözlərinə görə, Kərkük problemi İraqın sabitliyi üçün ən böyük təhlükədir. "Amerikalılar daxili problemlərin həllini iraqlılara saxlayır", - Molen deyib.

Kərkük İraqda terror hücumlarına məruz qalan mərkəzlərdən biridir. Ötən ay sonuncu güclü məscid pratlayışı zamanı yüzlərlə adam həlak olub.

İyunun 30-da ABŞ qoşunları Bağdad da daxil olmaqla İraqın mərkəzi şəhərlərini tərk edib. Lakin təhlükəsizlik məsələsi həl olunmamış qalır.

Xəbər lenti

Xəbər lenti