"Fransa hökuməti Tehranla diplomatik münasibətləri kəsmək fikrində deyil və nüvə problemi üzrə danışıqları davam etdirmək niyyətindədir", - Fransanın XİN rəhbəri Bernar Kuşner çərşənbə axşamı bildirib, Iran News informasiya agentliyi məlumat verib.
"Heç kim İranla münasibətləri kəsmək fikrində deyil", - o, mətbuat konfransında deyib.
Nazir bildirib ki, Paris "İrana qarşı yeni sanksiyaların tətbiqi məsələsini tədqiq edəcək". Bununla yanaşı Kuşner İran vətəndaşlarının bu sanksiyaların əhaliyə yox, məhz İran hakimiyyətinə qarşı yönəldiyini anladıqlarına ümid etdiyini deyib.