...

Türkiyə, İraq və ABŞ kürd terroristləri ilə bağlı problemi müzakirə edəcəklər

Dünya xəbərləri Materials 28 İyul 2009 14:21 (UTC +04:00)
ABŞ və İraqın rəsmi nümayəndələri Ankarada Türkiyənin daxili işlər naziri Bəşir Atalay ilə kürd terroristləri ilə bağlı məsələni müzakirə edəcəklər, bu barədə The Journal of Turkish Weekly jurnalı xəbər verir.
Türkiyə, İraq və ABŞ kürd terroristləri ilə bağlı problemi müzakirə edəcəklər

ABŞ və İraqın rəsmi nümayəndələri Ankarada Türkiyənin daxili işlər naziri Bəşir Atalay ilə kürd terroristləri ilə bağlı məsələni müzakirə edəcəklər, bu barədə The Journal of Turkish Weekly jurnalı xəbər verir.

Tərəflər Türkiyənin daxilində və İraqın şimalında müstəqil kürd dövlətinin yaradılması məqsədilə mübarizə aparan Kürdüstan İşçi Partiyasına qarşı mübarizədə əməkdaşlığı müzakirə edəcəklər. Tərəflər terroristlərin daha geniş hərbi bazalarının olduğu İraqın şimalındakı kürdlərə qarşı mübarizəyə başlamaq niyyətindədirlər.

Gələcək danışıqlar ötən ilin noyabr ayında İraqın Baş naziri Nuri əl-Maliki, Türkiyənin daxili işlər naziri Atalay və o dövrdə ABŞ-ın İraqdakı səfiri olan Rayan Krokerin iştirak ilə başlayan dialoqun davamı olacaq.

ABŞ Türkiyə ilə PKK-ya qarşı mübarizədə əməkdaşlıq edir və İraqın şimalında terroristlərin məhv edilməsi məqsədilə Türkiyə silahlı qüvvələrinin əraziyə daxil olması üçün Ankaraya İraqın hava məkanını təklif edib. ABŞ və Türkiyə bu ölkədə və İraq ərazilərində kəşfiyyat sahəsində birgə işlər həyata keçirir.  Bağdad hökumətinin PKK-nın əməliyyatlarını pisləməsinə və Ankara ilə terroristlərə qarşı mübarizədə əməkdaşlıq etməsinə baxmayaraq, kürd administrasiyası hökuməti bu məsələdə bitərəf mövqe tutur.

Xəbər lenti

Xəbər lenti