QR Prezidenti Nursultan Nazarbayev hökumətə konkret tapşırıqlar - cari dövrün iqtisadi çətinliklərinə baxmayaraq, büdcə çərçivəsində lazımlı resursları tapmaq və "Yol xəritəsi"nin 2010-cu ildə həyata keçirilməsini davam etdirmək tapşırığını verib. Bu barədə Qazinform agentliyi məlumat verib.
Bu barədə bazar ertəsi hökumətdə selektor müşavirəsində QR-nin Baş naziri Kəriom Məsimov deyib.
"Keçən həftə iqtisadi blokla hökumət başçısına üç ildə büdcənin əsas parametrləri barədə məruzə etdik. Prezident hökumətə konkret tapşırıq verdi ki, iqtisadi çətinliklərə baxmayaraq, büdcə çərçivəsində lazımlı resursları tapmalı və "Yol xəritəsi"nin 2010-cu ildə həyata keçirilməsini davam etdirməliyik", - Məsimov deyib.
"Bu tapşırığı yerinə yetirməliyik və 2009-cu ilin müsbət və mənfi cəhətlərini nəzərə almaqla "Yol xəritəsi" proqramını 2010-cu ildə davam etdirməliyik", - hökumət başçısı qeyd edib.