...

Bağdaddakı terror aktlarında ölənlərin sayı 75 nəfərədək artıb (YENİLƏNİB-2)

Dünya xəbərləri Materials 19 Avqust 2009 17:15 (UTC +04:00)

Çərşənbə günü İraq paytaxtında baş verən partlayışlar nəticəsində ölənlərin sayı 75 nəfərədək artıb. Yaralıların sayı 310 nəfərdən çoxdur. Bu barədə Vesti telekanalı məlumat verib.

Qısa fasilələrlə Bağdadda azı altı partlayış baş verib. Şəhərin mərkəzində Maliyyə Nazirliyinin və XİN-in binası qarşısında eyni vaxtda iki minalanmış avtomobil partlayıb. Daha dörd terror aktı parlament və adminstrativ binaların yanında baş verib. Bir sıra məhəllələr minaatanların atəşinə məruz qalıb.

Bu, Bağdadda son aylar ərzində ən iri terror aktıdır. Təhlükəsizlik üzərində nəzarət İraq ordusunun əlinə keçəndən və bütün xarici hərbi hissələr yaşayış mənətəqələrindən çıxarılandan sonra paytaxtda nisbi sakitlik yaradılıb. Məlumatı İTAR-TASS yaymışdı.

Xəbər lenti

Xəbər lenti