...

Fələstin muxtariyyətinin başçısı Avropada Yaxın Şərq üzrə sülh proseslərini müzakirə edəcək

Dünya xəbərləri Materials 29 Avqust 2009 13:59 (UTC +04:00)
Fələstin administrasiyasının Prezidenti Mahmud Abbas BMT Baş Assambleyasının sentyabrda keçiriləcək iclası ərəfəsində Avropa və ərəb ölkələrinə səfəri zamanı Yaxın Şərq üzrə sülh proseslərini müzakirə etmək niyyətindədir.
Fələstin muxtariyyətinin başçısı Avropada Yaxın Şərq üzrə sülh proseslərini müzakirə edəcək

Fələstin administrasiyasının Prezidenti Mahmud Abbas BMT Baş Assambleyasının sentyabrda keçiriləcək iclası ərəfəsində Avropa və ərəb ölkələrinə səfəri zamanı Yaxın Şərqdə sülh proseslərini müzakirə etmək niyyətindədir, İtalya agentliyi AKİ məlumat verib.

Abbasın ərəb ölkələrinə səfəri şənbə günü başlayacaq və Qətər, Liviya, İspaniya, Fransanı əhatə edərək Misirdə başa çatacaq. Misirdə administrasiya rəhbəri Prezident Hüsnü Mübarəklə Fələstin-İsrail danışıqlarında ABŞ-ın mövqeyini müzakirə edəcək.

Mübarək ayın əvvəlində Vaşinqtona səfəri zamanı Prezident Barak Obama ilə Fələstin-İsrail danışıqlarının bərpasını müzakirə edib. İordan çayı sahillərində yəhudi yaşayış məntəqələrinin inşasının dayandırılması ərəb ölkələri və ABŞ-ın əsas tələbi olaraq qalır.

İsrailin Baş naziri Binyamin Netanyahu Böyük Britaniya və Almaniyaya səfəri zamanı fələstinlilərlə danışıqların yenidən başlanması üçün yəhudi yaşayış məntəqələrinin inşasının dondurulmasına dair doqquz aylıq plan təklif edib.

Plan ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Corc Mitçelin gələn həftə regiona səfəri zamanı müzakirə ediləcək. ABŞ Yaxın Şərqdə sülh planı üzrə işləri bitirib Nyu-Yorkda BMT Baş Assambleyasına təqdim edəcək. Sentyabrda elə bu şəhərdə Abbas və Netanyahunun görüşü nəzərdə tutulub. Bu, martda qanuni hökumətin İsraildə hakimiyyətə gəlişindən sonra ilk görüşdür.

Xəbər lenti

Xəbər lenti