İsrailin müfafiə naziri Yəhud Barak 48 saat ərzində Qərb sahilində yəhudi qəsəbələrindəki evlərin 450-dən 500-dək artırılmasına razılıq verməlidir. Bu barədə AFP agentliyi xəbər verib.
Müdafiə Nazirliyinin mətbuat katibi bildirib ki, Barakın razılığı Samariya şəhərətarfı qəsəbəsində yəhudi yaşayış məntəqələrinin inşasına şamil ediləcək. Barakın nümayəndəsinin sözlərinə görə, nazirin işğal olunmuş ərazilərdə qəsəbələrin inşasına razılıq verməsi "qanunidir".
Bir müddət əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu Fələstin ərazisində yüz qəsəbənin inşası, həmçinin İudeya və Samariyada məktəblərin, sinaqoqların, klinikaların tikilməsi ilə bağlı yeni planın elan olunması barədə bəyanat yaymışdı.
Yəhudi qəsəbələrinin inşasının genişləndirilməsi barədə qərar İsrail və Fələstin Administrasiyası arasında sülh danışıqlarının bərpasına çalışan ABŞ və Avropa İttifaqının narazılığına səbəb olub.
Administrasiyanın başçısı Mahmud Abbas yəhudi qəsəbələrinin inşası tamamilə dayandırılmazsa, dialoqun bərpasından imtina edib.