...

İran prezidentliyinə sabiq namizədin ofisi plomblanıb

Dünya xəbərləri Materials 8 Sentyabr 2009 19:08 (UTC +04:00)
Tehran Prokurorluğu İran prezidentliyinə keçmiş namizəd, "Milli Etimad" partiyasının baş katibi Mehdi Kərrubinin ofisini plomblayıb və ofisin bütün işçilərini küçəyə çıxardıb. Bu barədə partiya nümayəndəsi İsmayıl Hərami Müqəddəm deyib.
İran prezidentliyinə sabiq namizədin ofisi plomblanıb

Tehran Prokurorluğu İran prezidentliyinə keçmiş namizəd, "Milli Etimad" partiyasının baş katibi Mehdi Kərrubinin ofisini plomblayıb və ofisin bütün işçilərini küçəyə çıxardıb. Bu barədə partiya nümayəndəsi İsmayıl Hərami Müqəddəm deyib. Məlumatı ILNA informasiya agentliyi yayıb.

Müqəddəm həmçinin əlavə edib ki, prokurorluq əməkdaşları ofisdə axtarış aparıb və sənədləri, CD diskləri, kompüterləri və videokasetləri götürüblər.

O, "Milli Etimad" partiyasının rəsmi saytının baş redaktorunun həbsi barədə də məlumat verib.

Kərrubi İranda iyunun 12-də keçirilən prezident seçkilərində qalib gələn İran prezidenti Mahmud Əhmədinejadın əsas rəqiblərindən biri olub.

Prezident seçkilərinin rəsmi yekunlarına əsasən, İrana rəhbərlik edən Əhmədinejat 62,63 faiz səs toplayıb. Onun əsas rəqibi Mir Hüseyn Musəvi 33,75 faiz, İslam İnqilabı Mühafizə Korpusunun sabiq komandanı Möhsün Rezayi isə 2 faizdən çox səs toplayıb.

Xəbər lenti

Xəbər lenti