...

İran Prezidenti türkiyəli həmkarına başsağlığı verib

Dünya xəbərləri Materials 10 Sentyabr 2009 13:00 (UTC +04:00)
İran Prezidenti türkiyəli həmkarına başsağlığı verib

İran Prezidenti Mahmud Əhmədinejad Türkiyə Prezidenti Abdullah Gülə İstanbulda sel nəticəsində 31 nəfərin həlak olması ilə əlaqədar olaraq başsağlığı verib. Bu barədə İranın İLNA xəbər agentliyi məlumat yayıb.

İran Prezidenti seldən xəsarət almış regionlara yardım çatdırılması üçün ölkəsinin hazır olduğunu bildirib.

Türkiyə Prezidenti Abdullah Gül İran və Türkiyə xalqlarının iki qardaş dövlət və xalq olduğunu bildirərək, İran Prezidentinə təşəkkürünü ifadə edib.

TREND NEWS-un arayışı: İstanbulda baş vermiş sel nəticəsində bu günə qədər ölənlərin sayı 31 nəfərə çatıb. Davam edən güclü yağışlar nəticəsində şəhərə və əhaliyə böyük ziyan dəyib. Yerli hidrometeoroloqların məlumatına görə, Türkiyədə qeyri-sabit hava şəraiti daha bir neçə gün davam edəcək.

Türkiyə Prezidenti Abdulla Gül İstanbulda baş vermiş sel nəticəsində dəyən ziyanın ödənilməsi üçün aidiyyatı qurumların təbdirlər gördüyünü bildirib.

Azərbaycanın İstanbuldakı konsulu Səyyad Aran Trend -a ölənlər arasında Azərbaycan vətəndaşlarının olmadığını bildirib.

Xəbər lenti

Xəbər lenti