...

Xamenei İranın düşmənlərini oğru, zülümkar və hegemon adlandırdı

Dünya xəbərləri Materials 11 Sentyabr 2009 15:02 (UTC +04:00)
Xamenei İranın düşmənlərini oğru, zülümkar və hegemon adlandırdı

"Hər bir ölkə rejiminin əleyhinə və lehinə qüvvələrin olması təbiidir. Lakin bu qüvvələrin kim olması daha vacibdir. İran rejiminin əleyhinə olanlar oğru, zülümkar və hegemon ölkələrdir", - deyə İranın Ali lideri Ayətullah Əli Xamenei cümə günü Tehranda cümə namazı xütbələrində bildirib. Onun çıxışı İranın İRİNN xəbər kanalı ilə canlı yayımlanıb.

Xamenei əlavə edib ki, İran fəxr edir ki, Afrika, Asiya, Yaxın Şərq və digər yerlərdə dünyanın məzlum və müsəlman xalqları İranı dəstəkləyir. "Aramızda iki yüz illik düşmənçilik olan İngiltərə, ABŞ və sionist rejim bizi dəstəkləsəydi, bu, bizim rejimimiz üçün baş ucalığı olmazdı, lakin bizi dəstəkləyənlər müsəlman xalqlarıdır", - deyə Xamenei bildirib.

Onun sözlərinə görə, "İranın sevinci müsəlman xalqlarının sevinci, kədəri isə onların kədəridir və biz bununla fəxr edirik".

Xəbər lenti

Xəbər lenti