Türkiyə Ordusunun Baş Qərərgah rəisi İlker Başbuğ Mardin şəhərinə səfəri zamanı ordu rəsmiləri və əsgərlərlə keçirdiyi görüşdə türk ordusunun hər hansı siyasi qrupun deyil, millətin ordusu olduğunu bildirib.
Bu haqda Türkiyənin CNN Türk telekanalı məlumat verib.
"Ordumuz hər hansı siyasi qrupun maraqlarına deyil, türk xalqının maraqlarına xidmət edir. Bu ordu türk millətinin ordusudur", - Başbuğ deyib.