...

İsrail fələstinlilər tərəfindən yəhudi dövləti kimi tanınmalıdır - Baş nazir

Dünya xəbərləri Materials 24 Sentyabr 2009 20:10 (UTC +04:00)
İsrailin Baş naziri Benyamin Netanyahu çərşənbə günü deyib ki, Fələstin Muxtariyyəti İsraili yəhudi dövləti olaraq tanımasa, barışıq imzalanmayacaq.
İsrail fələstinlilər tərəfindən yəhudi dövləti kimi tanınmalıdır - Baş nazir

İsrailin Baş naziri Benyamin Netanyahu çərşənbə günü deyib ki, Fələstin Muxtariyyəti İsraili yəhudi dövləti olaraq tanımasa, barışıq imzalanmayacaq. Məlumatı "Haaretz" qəzeti yazır.

İsrail nəşrinə müsahibəsi zamanı Netanyahu Mahmud Abbasın sülh proseslərinin yenidən başlanmasında əsas şərt kimi göstərdiyi 1967-ci il sərhədləri ilə bağlı tələbini rədd edib.

"Mən Əbu Mazinə (Mahmud Abbasa) neçə dəfə demişəm ki, barışıq onun xalqını çağıraraq "Biz İsraili yəhudi dövləti kimi tanıyırıq" deməsindən asılıdır.

İsrailli nazir sülh danışıqlarının başlanması üçün bu tələbdən əl çəkməkdən imtina edib.

Abbas və Netanyahu arasındakı ilk görüş ABŞ Prezidenti Barak Obamanın vasitəçiliyi ilə çərşənbə axşamı baş tutub. Lakin hər iki tərəf görüşün nəticəsiz olduğunu bəyan edib.

Çərşənbə günü Obama BMT-nin Baş Asambleyasının 64-cü iclasında çıxış edərək fələstinliləri İsraili yəhudi dövləti olaraq qəbul etməyə, Netanyahunu isə Qərb sahilində yəhudi yaşayış məntəqələrinin inşasını dayandırmağa çağırıb.

Xəbər lenti

Xəbər lenti