...

İran və "5+1" ölkələrinin dövlət başçılarının assambleyasının təşkilini təklif etmişik - Prezident Əhmədinejad

Dünya xəbərləri Materials 30 Sentyabr 2009 16:05 (UTC +04:00)
İran Prezidenti Mahmud Əhmədinejad bildirib ki, İran və BMT-nin beş daimi üzvü və Almaniyanın ("5+1" ölkələri) İranın nüvə proqramına dair müzakirələri üçün icra oluna biləcək təkliflər irəli sürmüşük.
İran və "5+1" ölkələrinin dövlət başçılarının assambleyasının təşkilini təklif etmişik - Prezident Əhmədinejad

İran Prezidenti Mahmud Əhmədinejad bildirib ki, İran və BMT-nin beş daimi üzvü və Almaniyanın ("5+1" ölkələri) İranın nüvə proqramına dair müzakirələri üçün icra oluna biləcək təkliflər irəli sürmüşük.

"Müzakirə aparan ölkələrin dövlət başçılarının assambleyasının təşkilini təklif etmişik. Yeni təklifə əsasən, üç xüsusi komitə yaradılacaq. Komitələr öz qərarlarını müzakirə aparan ölkələrin nümayəndələr şurasına təsdiq üçün göndərəcək və sonra həmin şuranın qərarları müzakirə aparan ölkələrin dövlət başçılarının assambleyasında müzakirə olunacaq", - deyə Əhmədinejad bildirib.

Əhmədinejadın sözlərinə görə, İran və "5+1" ölkələrinin dövlət başçılarının assambleyasında təsdiq olunacaq qərarların icrası üçün bütün tərəflər cavabdeh olacaq.

Əhmədinejad oktyabrın 1-də keçiriləcək iclas barədə bildirib ki, İranın nümayəndə heyəti bütün təklifləri araşdırmağa və birgə əməkdaşlıq üçün uzunmüddətli danışıqlar aparmağa hazırdır.

"Tehran reaktorunda istifadə etmək üçün lazım olan yanacağın alınması məsələsi də sabahkı iclasda müzakirə olunacaq. İranın Tehran reaktoru üçün 19,75 faizlik zənginləşdirilmiş yanacağa ehtiyacı var və biz təklif edirik ki, qaydalara əsasən bu məsələ həll olunsun ya da ki, İran 3,5 faizlik yanacaq versin, əvəzində isə 19.75 faizlik zənginləşdirilmiş yanacaq alsın", - deyə Əhmədinejad bildirib.

Xəbər lenti

Xəbər lenti