İranın Sistan və Bəluçustan əyalətində 60 Əfqanıstan vətəndaşı həbs olunub. Qeyri-qanuni olaraq İran ərazisinə daxil olan şəxslər Zahidan və Zabul şəhərində həbs olunublar. Bu barədə İran televiziyasının rəsmi saytı məlumat yayıb.
Ötən gün həmçinin Zabul-Zahidan magistral yolunda qanunsuz ölkəyə daxil olan vətəndaşları daşıyan avtomobil aşıb. Qəza nəticəsində 1 nəfər ölüb, 9 nəfər isə yaralanıb.