"Jerusalem Post" qəzetinin Müdafiə Nazirliyinə istinadən yazdığı məlumata əsasən, ABŞ və İsrail gələn həftə İsraildə keçiriləcək raketdən müdafiə birgə hərbi təlimlərindən sonra "Patriot-3" RƏM sisteminin İsraildə yerləşdirilməsinin mümkünlüyü yolları barədə danışıqlar aparırlar.
"Juniper Cobra" şərti adı altında aparılacaq bu təlilmlər, gələn həftə İsrailin cənubunda həyata keçiriləcək.
Neqeva hərbi bazasında yerləşən onlarla VVS tipli təyyarəsindən əlavə, ABŞ təlimlərdə iştirak etmək üçün 15 hərbi gəmisini də buraya göndərəcək.
Hərbi təlimlər hər iki ölkənin tarixində ən böyük təlim olacaq. Təlimlər zamanı İsrail və ABŞ dörd RƏM sistemini - İsrailin "Oxatan-2", "İcis", " THAAD" və "Patriot-3" sistemlərini sınaqdan keçirəcəklər. Bütün bu sistemlər ilk dəfə olaraq eyni vaxtda sınaqdan keçiriləcəklər.
"Jpost"un yazdığına görə, İsrailin Müdafiə Nazirliyindən deyiblər ki, hazırda Amerika tərəfilə birgə təlimlərdən sonra "Patriot-3" RƏM sisteminin İsraildə yerləşdirilməsi məsələsi müzakirə olunur.
"Jpost" yazır ki, "Bu haqda danışıqlar gedir və çox güman ki, tılimlərdən sonra amerikalılar "Patriot-3"ü İsraildə saxlayacaqlar", - Müdafiə Nazirliyinin rəsmisi belə deyib.
"Juniper Cobra" hərbi təlimləri ABŞ və İsrail raket hücumu ilə üzləşərsə lazımi infrastrukturların yaradılması məqsədilə keçirilir.
Amerikanın "Patriot-3" RƏM sistemi 1991-ci ildə Səddam Hüseynin rəhbərliyi dövründə İraqın raket hücumlarından müdafiə məqsədilə Fars körfəzi ölkələrində yerləşdirilmişdi. Keçən il oktyabr ayında Corc Buş administrasiyası İsrailə X-Band radarını hədiyyə etdi. Bu radar Neqevada yerləşdirilib və hücum siqnallarını min mildən müəyyən edə bilir.