...

İraqda stabillik Türkiyədə stabillik deməkdir - Türkiyənin xarici işlər naziri

Dünya xəbərləri Materials 7 Oktyabr 2009 11:29 (UTC +04:00)
"İraq daxilində stabillik Türkiyə daxilində stabillik və təhlükəsizlik deməkdir", - Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ölkənin Böyük Millət Məclisinin üzvləri qarşısında çıxış edərkən bildirib, CNN Türk telekanalı xəbər verir.
İraqda stabillik Türkiyədə stabillik deməkdir - Türkiyənin xarici işlər naziri

"İraq daxilində stabillik Türkiyə daxilində stabillik və təhlükəsizlik deməkdir", - Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ölkənin Böyük Millət Məclisinin üzvləri qarşısında çıxış edərkən bildirib, CNN Türk telekanalı xəbər verir.

"İraqın coğrafi və stareji vəziyyəti bütün yaxın Şərqin əhəmiyyətini yaxşı əks etdirir", - Davudoğlu bildirib.

Onun sözlərinə əsasən, Kürd İşçi Partiyasının İraqın şimalında yerləşən terrorist bazası həm İraqın özü üçün, həm də onunla qonşu olan ölkələr, həmçinin Türkiyə üçün təhlükə yaradır.

"Buna görə də Türkiyə bundan sonra da İraqın şimalında yerləşən terror bazalarına qarşı geniş miqyaslı tədbirlər görəcək, həmçinin Suriya və İraqın barışığında vasitəçi rolunu genişləndirəcək", - nazir deyib.

"ⅦHazırkı mərhələdə Türkiyə həm Suriya, həm də İraq ilə hərtərəfli starateji əməkdaşlıq qurur, Ankaranın məqsədi iki ərəb ölkəsi arasında barışığa nail olmaqdır, sözügedən ölkələr arasında mübahisə terroristlərin xeyrinədir", - Türkiyənin xarici işlər naziri bildirib.

Terrorizm problemi İraq Prezidenti Cəlal Talabani tərəfindən İraq və Türkiyə üçün eyni bir problrm adlandırılıb. 

"Türkiyənin "qonşularla sıfır problem" siyasəti Ankaranın Yaxın Şərqdə xarici siyasətinin əsasıdır, ən əsas isə İraqın şimalında terrorzim fəaliyyətinin kökünün kəsilməsidir", - o əlavə edib.

Suriya və İraq arasındakı münasibətlər İraqın Surya rəhbərliyini ölkədə stabilliyi pozmaqda ittiham etməsindən sonra kəskinləşib. Bağdad Suriyadan 100 nəfərin ölümünə və 600 nəfərin xəsarət almasına səbəb olan güclü partlayşların təşkilatçılarının təhvil verilməsini tələb edib.

İxtilaflar o qədər kəskinləşdi ki, hər iki ölkə öz nümayəndələrini geri çağırdırlar.

İraq rəhbərliyi bildirib ki, Bağdadda avqustun 20-də baş verən terror aktının Suriyada gizlənən iki təşkilatçısının "Əl-Qaidə" terror təşkilatı və İraqda Səddam Hüseyn rejimi zamanı hakimiyyətdə olan "Baas" partiyasının üzvləri ilə ilə əlaqəsi var.

Türkiyə ixtilafların yarandığı ilk gündən iki ərəb ölkəsi arasında münasibətlərin nizamlanmasında vasitəçilik rolunu oynayıb.

Xəbər lenti

Xəbər lenti