...

Misir İsrailə görə Aralıq Dənizi İttifaqının sammitində iştirakdan imtina edəcək

Dünya xəbərləri Materials 16 Oktyabr 2009 12:59 (UTC +04:00)
Misir Aralıq Dənizi İttifaqının üzv dövlətlərinin xarici işlər nazirlərinin sammitində İsrailin XİN rəhbəri Aviqdor Liberman iştirak edərsə, sözügedən görüşdə iştirak etməkdən imtina edəcək, "Haaretz" qəzeti xəbər verir.
Misir İsrailə görə Aralıq Dənizi İttifaqının sammitində iştirakdan imtina edəcək

Misir Aralıq Dənizi İttifaqının üzv dövlətlərinin xarici işlər nazirlərinin sammitində İsrailin XİN rəhbəri Aviqdor Liberman iştirak edərsə, sözügedən görüşdə iştirak etməkdən imtina edəcək, "Haaretz" qəzeti xəbər verir.

Misirin xarici işlər naziri bu bəyanatla Əhməd Əbu Qeyt cümə axşamı fransalı həmkarı Bernar Kuşner ilə görüşdə çıxış edib.

Sammit noyabrda İstanbulda keçiriləcək.

"Liberman orada olarsa, mən iştirak etməyəcəm. Mən onunla bir masaya əyləşməkdən, hətta bir otaqda olmaqdan imtina edirəm", - "Haaretz" misirli nazirin sözlərindən sitat gətirir.

Misirin ultimatumu sammitin işinin pozulmasına gətirib çıxara bilər.

İsrail XİN bir sıra Avropa ölkələrinə, o cümlədən Fransaya bu məsələdə Misirə təzyiq göstərilməsi xahişi ilə müraciət edib.

Qahirə Misir Prezidenti Hüsnü Mübarəkin ünvanına deyilən "İsrailə səfər etmək istəmirsə, heç istəməsin" sözlərinə görə Liberman ilə danışıqlar aparmaqdan imtina edir.

Aralıq Dənizi İttifaqı 2008-ci ildə Aralıq dənizi ölkələri arasında vahid ticari, elmi və mədəni layihələrin həyata keçirilməsi üçün Fransa Prezidenti Nikolya Sarkozinin təşəbbüsü ilə yaradılıb.

Xəbər lenti

Xəbər lenti