...

Türkiyə müxalifətinin deputatları XİN rəhbərinin parlamentdəki çıxışını tənqid edirlər

Dünya xəbərləri Materials 21 Oktyabr 2009 17:30 (UTC +04:00)
Türkiyə müxalifətinin deputatları Ermənistanla əlaqələrin normallaşdırılmasını nəzərdə tutan protokolların imzalanmasına görə Türkiyə hökumətinin ünvanına kəskin tənqidlə çıxış edirlər.
Türkiyə müxalifətinin deputatları XİN rəhbərinin parlamentdəki çıxışını tənqid edirlər

Türkiyə müxalifətinin deputatları Ermənistanla əlaqələrin normallaşdırılmasını nəzərdə tutan protokolların imzalanmasına görə Türkiyə hökumətinin ünvanına kəskin tənqidlə çıxış edirlər. Məlumatı TRT 3 telekanalı yayıb.

Çərşənbə günü Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Türkiyə Böyük Millət Məclisində Ermənistanla imzalanmış protokollarla bağlı çıxış edib.

Davudoğlunun "protokolların qəbul olunması ilə Ermənistan Türkiyə-Ermənistan sərhədini rəsmən tanıyacaq" deməsi tənqid obyekti olub.

Oktyabrın 10-da Sürixdə Ermənistan və Türkiyənin xarici işlər nazirləri Edvard Nalbandyan və Əhməd Davudoğlu arasında Ankara ilə İrəvan arasında diplomatik əlaqələrin bərpası haqqında protokol imzalanıb.

"Regiondakı problemlər mərhələ ilə həll olunmalıdır və Ermənistan-Türkiyə protokolları Ermənistan-Azərbaycan münaqişəsinin həllini tezləşdirəcək", - Davudoğlu deyib.

"Türkiyə həmişə Azərbaycanı dəstəkləyib və dünyada Azərbaycanı belə möhkəm dəstəkləyən başqa bir ölkə yoxdur. Dağlıq Qarabağ məsələsinin həlli Türkiyə hökuməti üçün həmişə prioritet olub", - Türkiyə XİN rəhbəri deyib.

Onun sözlərinə görə, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hər şey edəcək.

"Qafqazda problemlərin həlli üçün sağlam siyasi mühit yoxdur", - Türkiyə XİN rəhbəri deyib.

Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır. Buna səbəb ermənilərin "soyqırım" iddiası və bunu dünya səviyyəsində tanıtmaq cəhdləri, həmçinin Ermənistan SQ tərəfindən Azərbaycan ərazilərinin işğalı olub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti