...

Gürcüstan Parlamentində Azərbaycanda yaşayan gürcülərin vəziyyəti ilə bağlı məsələlər müzakirə edilib

Dünya xəbərləri Materials 22 Oktyabr 2009 20:06 (UTC +04:00)
Bu gün Gürcüstan Parlamentində Azərbaycanın Qax rayonunda kompakt yaşayan gürcülərin -yengiloyların vəziyyəti ilə əlaqədar dinlənmə olub. Parlament komitəsinin iclasında mədəniyyət, idman və abidələrin mühafizəsi nazirinin müavini Mako Çoqoşvili Azərbaycanda yaşayan gürcülərin problemləri barədə danışıb.
Gürcüstan Parlamentində Azərbaycanda yaşayan gürcülərin vəziyyəti ilə bağlı məsələlər müzakirə edilib

Gürcüstan, Tbilisi, 22 oktyabr / Trend , müxbir N.Kirsxaliya/

Bu gün Gürcüstan Parlamentində Azərbaycanın Qax rayonunda kompakt yaşayan gürcülərin -yengiloyların vəziyyəti ilə əlaqədar dinlənmə olub. Parlament komitəsinin iclasında mədəniyyət, idman və abidələrin mühafizəsi nazirinin müavini Mako Çoqoşvili Azərbaycanda yaşayan gürcülərin problemləri barədə danışıb.

İclas jurnalistlər üçün qapalı olub ki, bu da Gürcüstan Parlamentində çox nadir hadisədir.

Komitə nümayəndələri jurnalistlərə deyib ki, "incə məsələlər" gözdən keçirildiyi üçün iclas qapalı şəraitdə keçirilib.

Komitə sədri Nuqzar Siklauri iclasdan öncə deyib ki, müzakirə ediləcək əsas məsələlərdən biri bu yaxınlarda yanan gürcü mədəniyyət evinin bərpa edilməsi olacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti