...

PKK terrorçularını təntənə ilə qarşılamaq olmaz - Türkiyə Ordusunun Baş Qərargah rəisi

Dünya xəbərləri Materials 23 Oktyabr 2009 14:29 (UTC +04:00)
Türkiyə Ordusunun Baş Qərargah rəisi İlker Başbuğ İraqın Şimalındakı Mahmur düşərgədisindən təslim olmaq üçün Türkiyəyə gələn terrorçuların təntənə ilə qarşılanmasının yolverilməz olduğunu bildirib.
PKK terrorçularını təntənə ilə qarşılamaq olmaz - Türkiyə Ordusunun Baş Qərargah rəisi

Türkiyə Ordusunun Baş Qərargah rəisi İlker Başbuğ İraqın Şimalındakı Mahmur düşərgədisindən təslim olmaq üçün Türkiyəyə gələn terrorçuların təntənə ilə qarşılanmasının yolverilməz olduğunu bildirib. Bu haqda Türkiyənin CNN Türk telekanalaı məlumat verib.

Trend -un arayışı: PKK terror təşkilatının həbsdə olan lideri Abdulla Öcalanın müraciəti ilə oktyabrın 19-da İraqın şimalındakı Mahmur terror düşərgəsindən təslim olmaq üçün 26 nəfər yola çıxıb və elə həmin gün Türkiyə arazisinə çataraq təhlükəsizlik qüvvələrinə təslim olublar. Ölkənin daxili işlər naziri Bəşir Atalay təhlükəsizlik qüvvələrinin daha 150 terrorçunun təslim olacağını gözlədiyini bildirib. Təslim olan terrorçular İraq-Türkiyə sərhədində PKK-nın bayrağı və xüsusi təmtəraqla qarşılanıblar. Bu, ölkə müxalifətinin kəskin etirazına səbəb olub. Təslim olan terrorçuların hamısı azadlığa buraxılıb.

Başbuğ bu kimi halların ölkənin qütbləşməsi ilə nəticələnəcəyini bildirib.

"Elə düşünməyin ki, demokratik Türkiyə qorunmur, müdafiəsizdir", - deyə Başbuğ qeyd edib.

Xəbər lenti

Xəbər lenti