...

ABŞ-ın dövlət katibi İsrailə səfəri zamanı sülh prosesini bərpa etməyə səy göstərəcək

Dünya xəbərləri Materials 28 Oktyabr 2009 13:06 (UTC +04:00)
ABŞ-ın dövlət katibi Hillari Klintonun İsrail və Fələstin Muxtariyyətinə səfərinin əsas məqsədi ərəb-israil sülh prosesi üzrə kompromisin əldə olunmasına dair danışıqlar olacaq, "Haaretz" qəzeti xəbər verib.
ABŞ-ın dövlət katibi İsrailə səfəri zamanı sülh prosesini bərpa etməyə səy göstərəcək

ABŞ-ın dövlət katibi Hillari Klintonun İsrail və Fələstin Muxtariyyətinə səfərinin əsas məqsədi ərəb-israil sülh prosesi üzrə kompromisin əldə olunmasına dair danışıqlar olacaq, "Haaretz" qəzeti xəbər verib.

Klintonun Binyamin Netanyahunun hakimiyyətə gəlməsindən sonra İsrailə ilk səfəri bazar günü başlayacaq.

Fəsələtinli və israillilərin sülh danışıqlarını bərpa etməkdən imtina etməsini nəzərə alaraq Barak Obama administrasiyası birbaşa olmayan dialoqun başlamasını istisna etmir, "Haaretz" yazır.

Klintonun səfəri ərəfəsində ABŞ-ın Yaxın Şərq üzrə xüsusi səfiri, Netanyahu və Mahmud Abbas hökumətləri ilə danışıqlar aparacaq Corc Mitçel də İsrailə səfər edəcək.

Klintonun İsrail Prezidenti Şimon Peres ilə bazar günü görüşəcəyi və Mərakeşdə xarici işlər nazirlərinin iclasında iştirak edəcəyi gözlənilir.

Noyabrın ortalarında İsrailin Baş naziri Netanyahu yəhudi icmalarının Baş Assambleyasının işində iştirak etmək məqsədilə Vaşinqtona yola düşəcək və orada Prezident Barak Obama ilə görüşəcək.

Ötən həftə Prezident Obamaya İsrail və fələstinlilər arasında danışıqıların bərpasına dair məruzəsində Klinton bildirib ki, Obama administrasiyasının fəalliyyəti Abbasın mövqeyinin güclənməsinə yönləməlidir.

Əvvəl Fələstin Milli Administrasiyası İsrail ilə bir il öncə kəsilən danışıqları bərpa etməkdən imtina edib.

Xəbər lenti

Xəbər lenti