...

"Demokratik açılım"da yalnız millətə güvənirik - Türkiyənin Baş naziri

Dünya xəbərləri Materials 13 Noyabr 2009 20:30 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bu gün Türkiyə Böyük Millət Məclisində "demokratik açılım" planının müzakirəsi zamanı bu planın reallaşmasında ancaq türk millətinə güvəndiyini bildirib.
"Demokratik açılım"da yalnız millətə güvənirik - Türkiyənin Baş naziri

Demokratik açılım"da yalnız millətə güvənirik - Türkiyənin Baş naziri

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bu gün Türkiyə Böyük Millət Məclisində "demokratik açılım" planının müzakirəsi zamanı bu planın reallaşmasında yalnız türk millətinə güvəndiyini bildirib. Məlumatı Türkiyənin CNN Türk telekanalı yayıb.

"Demokratik açılım"da yalnız millətə güvənirik", - Ərdoğan deyib.

Trend -un arayışı: Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının keçirdiyi toplantıda Türkiyənin nə olursa olsun, ölkədə mövcud olan kürd problemini həll edəcəyini bildirib. Baş nazir bundan əvvəl bu problemin həlli üçün kürdyönlü Demokratik Toplum Partiyasının (DTP) lideri Əhməd Türk ilə görüşüb. Baş nazir bu görüşün müsbət keçdiyini və tez bir zamanda ölkədə mövcud olan kürd problemi həllinin tezləşəcəyini bildirib. DTP lideri Türk də bu görüşün ikitərəfli dialoqun yaranması üçün başlanğıc olduğunu bildirib. Türkiyənin əsas müxalifət partiyasının lideri Dəniz Baykal isə bu görüşü hakimiyyətin terroru dəstəkləyənlərlə görüşü kimi dəyərləndirib. Avqustun 13-də Türkiyənin daxili işlər naziri Bəşir Atalay da DTP lideri Türk ilə görüşüb.

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Devlet Bahçeli partiyanın keçirdiyi mətbuat konfransında ölkədəki hakim AKP ilə PKK terror təşkilatının eyni düşüncədə olduğunu bildirib.

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Dəniz Baykal həmçinin keçirdiyi mətbuat konfransında terrorla mübarizə aparmadan terrora qalib gəlməyin qeyri-mümkün olduğunu bildirib.

PKK terror təşkilatının həbsdə olan lideri Abdulla Öcalanın müraciəti ilə oktyabrın 19-da İraqın şimalındakı Mahmur terror düşərgəsindən təslim olmaq üçün 26 nəfər yola çıxıb və elə həmin gün Türkiyə ərazisinə çataraq təhlükəsizlik qüvvələrinə təslim olublar. Ölkənin daxili işlər naziri Bəşir Atalay təhlükəsizlik qüvvələrinin daha 150 terrorçunun təslim olacağını gözlədiyini bildirib. Təslim olan terrorçuların İraq-Türkiyə sərhədində PKK bayrağı və xüsusi təmtəraqla qarşılanması ölkə müxalifətinin kəskin etirazına səbəb olub. Təslim olan terrorçuların hamısı azadlığa buraxılıb.

Türkiyə Ordusunun Baş Qərargah rəisi İlker Başbuğ İraqın şimalındakı Mahmur düşərgəsindən təslim olmaq üçün Türkiyəyə gələn terrorçuların təntənə ilə qarşılanmasının yolverilməz olduğunu bildirərək, Türkiyənin müdafiəsiz olmadığını deyib.

Türkiyə Parlamentində "demokratik açılım" planının müzakirəsi zamanı gərginlik yaşanıb və müxalifətdən olan bəzi millət vəkilləri iclas zalını tərk ediblər.

Baş Nazir onu da qeyd edib ki, demokratik açılım planı ilə kürd probleminin həllini istəməyənlər ölkədə terrorun davam etməsi və şəhidlərin sayının çoxalmasını və bunu da öz siyasətlərinə alət etmək istəyənlər var.

Baş nazirin çıxışı zamanı Cumhuriyyət Xalq  Partiyası (CHP) etiraz əlaməti olaraq parlamenti tərk edib.

Xəbər lenti

Xəbər lenti